"Liverpul"un sabiq futbolçusu Con Barns "qırmızılar"ın forvardı Darvin Nunyesdən danışıb.
Fanat.Az xəbər verir ki, onun dediklərini "Daily Mail" belə çatdırıb:
"Darvin 40 qol vurmasa da, bizə çempionluq qazandıra bilər. O, ümumiyyətlə kimləsə yarışmamalıdır. Nunyesin edə biləcəyini Erlinq Holand bacarmaz. Görün Darvin meydanda necə çətin iş görür, necə aktiv pressinq tətbiq edir. Holand belə deyil, amma çox qol vurur".
Xatırladaq ki, Nunyes 2022-ci ildən "Liverpul"un uğurları üçün çalışır.
Nihat