"Napol" fransız futbolçu aldı

"Napol" fransız futbolçu aldı
"Napoli" növbəti transferini reallaşdırıb. Fanat.az xəbər verir ki, İtaliya klubu Antoni Reveyllere ilə müqavilə bağlayıb.
Lion "Olimpik"indən ayrılan və azad agent statusu daşıyan futbolçunun transferi FİFA-nın işsiz oyunçulara verdiyi şansdan istifadə edilərək həyata keçirilib. 
Qeyd edək ki, Fransa yığmasının sabiq üzvü 10 il formasını geyindiyi "Olimpik"lə 5 dəfə ölkə çempionu olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər