"Mümkünsüz heç nə yoxdur" - Holand "Barselona"da?

"Mümkünsüz heç nə yoxdur" - Holand "Barselona"da?

"Barselona"nın prezidenti Joan Laporta "Mançester Siti"nin hücumçusu Erlinq Holand və "Atletik"in yarımmüdafiəçisi Niko Uilyamsı transfer edəcəkləri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Football Espana" belə çatdırıb:

"Həyatda mümkünsüz heç nə yoxdur, amma hazırda bu haqda düşünmürük. Həm də Holand "Mançester Siti" ilə yaxınlarda müqavilə yeniləyib. Niko Ulilyams? O, ötən mövsüm namizədlərdən biri idi, lakin biz Olmonun üzərində dayandıq. Hazırda da başqa variantları nəzərdən keçiririk".

Xatırldaq ki, Holand 2022-ci ildən "şəhərlilər"in uğurları üçün çalışır. Onun İngiltərə nəhəngi ilə müqaviləsnin müddəti 2034-cü ilə qədər nəzərdə tutulub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər