"Mingəçevir"in nə baş məşqçisi var, nə də bir futbolçusu - "İşıqçılar"ın aqibəti necə olacaq?

"Mingəçevir"in nə baş məşqçisi var, nə də bir futbolçusu - "İşıqçılar"ın aqibəti necə olacaq?

1-ci Liqa təmsilçisi "Mingəçevir"in aqibətinin necə olacağı qeyri-müəyyəndir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, hazırda "işıqçılar"ın nə baş məşqçisi var, nə də bir futbolçusu.

Sponsor Rafael Bünyatovun artıq komandaya pul ayırmaq niyyətində olmadığı da dəqiqləşib. Düzdür, "Mingəçevir"in ən pis halda, dövlətin ayırdığı 300 min manatla oynamaq ehtimalı qüvvədədir və bunun üçün hər hansı bir ciddi maneə yoxdur, amma aran təmsilçisinə müəyyən məbləğdə vəsait xərcləmək istəyənlər də var. Hərçənd potensial yeni sponsor da indiyədək real addım atmayıb. Məsələyə yaxın bir həftə ərzində aydınlıq gələcək.

Xatırladaq ki, "Mingəçevir" geridə qalan "futbol ili"ndə hazırda "Karvan-Yevlax"da olan Ramiz Məmmədovun rəhbərliyi altında 1-ci Liqada 2-ci yeri tutaraq pley-offa yüksəlsə də, həlledici qarşılaşmada "Qəbələ"yə 0:2 hesabı ilə uduzub.

Toğrul  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər