"Meydanda ölməyə də hazır olacam" - MY-nin 62 milyonluq transferi

"Meydanda ölməyə də hazır olacam" - MY-nin 62 milyonluq transferi

"Mançester Yunayted"in yeni transferi Leni Yoro komandanın baş məşqçisi Erik ten Haq barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, 18 yaşlı müdafiəçi "qırmızı şeytanlar"ın rəsmi saytına danışıb:

"Bilirəm ki, ten Haq qələbə qazanmağı sevən, qarşısına böyük məqsədlər qoyan futbolçuları xoşlayır. Mən bu klub üçün meydanda ölməyə də hazır olacam. Ölkəmi "Mançester Yunayted" forması ilə İngiltərədə təmsil etmək mənim üçün böyük şərəfdir".

Xatırladaq ki, Yoro bu ay, 62 milyon avro qarşılığında "Lill"dən transfer edilib. Onun MY ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər