"İnsanlar mənə tez-tez Məsut Özilin dünya səviyyəli futbolçu olduğunu deyir. Amma məncə, o, zaman-zaman gerçək səviyyəsini göstərə bilən qeyri-sabit oyunçudu". Fanat.az xəbər verir ki, bu sözləri İngiltərə millisinin sabiq üzvü Maykl Ouen deyib.
Veteran futbolçu Məsutun bu mövsüm bir çox maçtda həddən artıq zəif çıxış etdiyini və çox az hallarda komandanı qələbəyə daşıdığını bildirib: "Real" onunla yollarını məhz bu səbəbdən ayırdı".
Ouenin fikrincə, "Arsenal" Premyer Liqada lederliyi uzun müddət davam etdirə bilməyəcək: "Çünki bu komanda çempion olacaq qədər səviyyəli heyətə sahib deyil".
Fanat.az