PSJ-nin baş məşqçisi Luis Enrike maraqlı açıqlama ilə gündəmə gəlib.
Fanat.Az xəbər verir ki, "Marca" ispaniyalı mütəxəssisin sölərini belə çatdırıb:
"Messili, Neymarlı və Mbappeli PSJ-ni heç vaxt çalışdırmazıdm. Titulları yalnız dünyanın ən yaxşsı oyunçularına malik komandalar qazansaydılar, PSJ 8 dəfə Çempionlar Liqasının qalibi olardı. Amma bu titulu heç bir dəfə də qazanmayıblar".
Xatırladaq ki, hazırda Enrikenin adlarını çəkdiyi ulduzlardan heç biri Paris klubunda oynamır. Neymar "Əl-Hilal"ın, Mbappe "Real Madrid"in, Messi isə "İnter Mayami"nin uğurları üçün çalışır.
Nihat