"Messi dünyanın ən yaxşısıdı, amma..." - Luis Enriki

"Messi dünyanın ən yaxşısıdı, amma..." - Luis Enriki
“Hər iki komandanın itkiləri, zədəli oyunçuları var. Bu, mövsümdə olan bir şeydir. Çətin bir oyun gözləyirəm, 22 günə 7 oyun seriyasının sonuna gəlirik. Yorğunluğun olması normaldır”. Fanat.az xəbər verir ki, bunu “Barselona”nın baş məşqçisi Luis Enriki bu gün keçiriləcək “Seviliya” ilə oyuncası mətbuat konfransında deyib. 
Enriki bir müdət öncə zədələnən qapıçı Kladio Bravonun komanda ilə məşq etdiyini bildirib: “Texniki kriteriyaya görə mən onun oynayıb-oynamayacağına qərar verəcəm”.
Oyunçular arasında fərq qoymağı sevmədiyini deyən katalonların baş məşqçisi Samper və Qumbaunun “Barselona”nın gələcəyi olduğunu söyləyib: “Qələbə qazanmağa davam etmək çətindir, hər dəfə eyni səviyyədə yaxşı oynamaq da çətinləşir. Məhz buna görə də bizim çağırışımız çox önəmlidir. İtkilərimiz olanda, biz sistemin fərqli dəyişikliklərini axtarırıq. Bu da bizə rəqibi təəccübləndirməyə imkan verəcək. Qalib gəlmək üçün çox yaxşı oyun göstərməliyik. Nəticə əldə etmək üçün yaxşı oynamaq şərtdir. “Atletiko” ilə “Real” komandaları arasında oyunun hesabından xeyir götürməyin ən yaxşı variantı bu gün qalib gəlməkdir”.
Enriki Messi, Suarez və Neymar haqda da fikirlərini mətbuat konfransında deyib: “Suarez təzə-təzə komandada çıxış edəndə, o, daima sual doğururdu. Bu, normaldır. Bura gələndən bəri çox yaxşı oynayır. Suarez komanda üçün çox iş görür və bizim üçün önəmlidir. O, oyunu, xasiyyəti və liderliyi ilə bizim üçün əsas futbolçudur. Neymar üçün bu dəfə milliyə getməmək daha yaxşı olacaq. O, səfər etməyəcək və dincələcək. Mənə görə millilərin oyunlarına görə verilən aralar yaxşıdır, çünki bəzi dəyişikliklər edə bilirəm. Messinin zədəsi? Messi dünyanın ən yaxşısıdır, ancaq uğur komandaya aiddir”. 
Ballon d`Or siyahısından da danışan baş məşqçi Rakitiçin, Maskeranonun, Bravonun adının siyahıda olmasını təqdir edib: “Məndən olsa bütün heyəti bu siyahıya daxil edərəm, ancaq mən FİFA deyiləm. Fikirimcə, bu il Ballon d`Or`un qalibi kim olacağı heç bir şübhə doğurmur”.
“Azarkeşlərlə aramız yaxşıdır. Nə oldu-olmadı, biz sonadək mübarizə aparacağıq və öz futbolumuz ilə qalib gəlib azarkeşləri xoşbəxt etməyə çalışacağıq. Düşmən görmürəm. Zədə, cəza və ya başqa şeylərə görə səbəb axtarmıram. Mən nəticələrimə görə cavab verəcəm. Oyunçularıma inanıram. Onların oyunlarına və əzmkarlığını çox qiymətləndirirəm. Buna heç bir şübhəm yoxdu”, - deyə Enriki bildirib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər