"Mançester Yunayted"in bu yay heyətinə qatmaq istədiyi daha bir futbolçunun kimliyi müəyyənləşib. Fanat.Az xəbər verir ki, Joze Mourinyo rəhbərlikdən Blayse Matuidinin alınmasını istəyib.
"The Express"in xəbərinə görə, "Mançester Yunayted" bu futbolçu üçün PSJ-yə 85 milyon avroluq təklif göndərməyə hazırlaşır. Yarımmüdafiəçinin özünün də Paris klubundan ayrılmağa müsbət yanaşdığı deyilir.
Qeyd edək ki, PSJ Blayse Matuidini 2011-ci ildə "Sent-Etyenn"dən 8 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 30 milyon avro qiymət qoyub.
Fanat.Az