"Mançester Yunayted"dən 100 milyonluq transfer - Rəsmi açıqlama

"Mançester Yunayted"dən 100 milyonluq transfer - Rəsmi açıqlama

"Atletiko"nun ulduzu Antoine Qrizmann "Mançester Yunayted"ə transfer olunacağı ilə bağlı xəbərlərə münasibət bildirib. Fanat.Az xəbər verir ki, fransalı futbolçu İngiltərə klubuna keçəcəyinə işarə vurub.

"Transfer məsələsi qarşıdakı iki həftə ərzində bəlli olacaq. "Mançester Yunayted"də oynamaq ehtimalımın neçə faiz olduğunu deyə bilmərəm. Amma bu ehtimal 6/10 nisbətindədi. "Atletiko"da qalmaq ehtimalım da yüksəkdi. "Real"da oynamaq şansım isə 0 faizdi" deyə Qrizmann bildirib.

İspaniya mətbuatı isə artıq Qrizmannın "Mançester Yunayted"ə transferinin razılaşdırıldığını yazıb. Həmkarlarımız ingilislərin "Atletiko"ya 100 milyon avro ödəyəcəyini yazıb.

Qeyd edək ki, "Atletiko" fransız ulduzu 2014-cü ildə "Real Sosyedad"dan 30 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 80 milyon avro qiymət qoyub. Cari mövsümdə 53 rəsmi oyuna çıxan Qrizmann 26 qol vurub və 12 məhsuldar ötürmə edib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər