"Mançester Yunayted" ilk transferini açıqladı - 35 milyon...

"Mançester Yunayted" ilk transferini açıqladı - 35 milyon...

"Mançester Yunayted" ilk transferini açıqlayıb. Fanat.Az xəbər verir ki, Premyer Liqa klubu "Benfika"dan Viktor Lindelofü heyətinə qatıb.

Klubun rəsmi saytının yaydığı məlumatda bildirilir ki, "Benfika" və futbolçu ilə razılıq əldə olunub. Viktor Lindelofü tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.

"Mançester Yunayted" transferin detallarını açıqlamasa da, ingilislərin bu keçidə görə "Benfika"ya 35.28 milyon avro ödəyəcəyi bildirilir. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər