"Liverpul"un yarımmüdafiəçisi millidən zədə ilə döndü - Ayağı sınıb

"Liverpul"un yarımmüdafiəçisi millidən zədə ilə döndü - Ayağı sınıb

 

"Liverpul" yarımmüdafiəçisi Harvi Elliotun xidmətindən məhrum olub. 

Fanat.Az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Xəbərə görə, Elliot keçən həftə İngiltərə U-21-nin məşqində zədələnib. Yarımmüdafiəçiyə ayağının sınığı diaqnozu qoyulub. 21 yaşlı futbolçunun oktyabrın ikinci yarısında meydana qayıdacağı gözlənilir.

"Liverpul"un növbəti oyunu sentyabrın 14-də Premyer Liqada "Nottingem Forest"ə qarşı olacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər