"Liverpul"un italiyalı ulduza təklif etdiyi müqavilənin şərtləri açıqlandı

"Liverpul"un italiyalı ulduza təklif etdiyi müqavilənin şərtləri açıqlandı

"Liverpul"un "Yuventus"un hücumçusu Federiko Kyezaya təklif etdiyi müqavilənin şərtləri bəlli olub.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.

Xəbərə görə, Turin klubu sözügedən futbolçunu 15 milyon avroya satmağa hazırdır. Mənbə "qırmızılar"ın Kyezaya 4 illik müqavilə və hər mövsüm üçün 5 milyon avro əməkhaqqı təklif təklif etdiyini vurğulayıb.

Daha öncə "Yuventus"un baş məşqçisi Tyaqo Motta 26 yaşlı Federikonun onun gələcək planlarına daxil olmadığını açıqlayıb.

Qeyd edək ki, ötən mövsüm bütün turnirlərdə 37 matça çıxan Federiko 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Yuventus"la müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Kyezanın transfer qiymətini 35 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər