"Liverpul"un və Şotlandiya yığmasının sabiq müdafiəçisi Ron Yeyts 86 yaşında dünyasını dəyişib.
Fanat.Az xəbər verir ki, məlumatı Mersisayd klubunun mətbuat xidməti yayıb.
"Liverpul"un keçmiş kapitanı ömrünün son illərində Alzaymer xəstəliyindən əziyyət çəkib.
Yeyts 1961-1971-ci illərdə "Liverpul"da çıxış edib. “Qırmızılar”ın heyətində o, iki dəfə İngiltərə çempionu olub, ölkə kubokunu qazanıb, üç dəfə isə Superkubokun qalibi olub.
Yeyts “Liverpul”un heyətində ümumilikdə 454 oyun keçirib.