"Liverpul"un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasının 5-ci turunda evdə "Bornmut" üzərində qazandıqları 3:0 hesablı qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, o, fikirlərini klubun saytına bölüşüb:
"İlk yarıda 12 dəqiqəyə 3 qol vurduq. Birinci hissədə qol imkanlarımız daha çox idi. Təəssüf ki, ilk 3 imkanı boşa verdik. Yaxşı olan budur ki, onlar da birinci şanslarından faydalana bilmədilər və biz ardıcıl 3 dəfə rəqib qapısına yol tapdıq. Bunu görmək xoş idi. Güclü rəqibə qarşı oynadıq. Onlar 3 top fərqi ilə geridə olanda da öz oyunlarını sərgiləməyə davam edirdilər. Hesaba baxmayaraq, çətin qələbə qazandıq".
Xatırladaq ki, "Liverpul" hazırda İPL-in turnir cədvəlində 12 xalla 1-ci pillədə qərarlaşıb.
Nihat