"Liverpul"un yarımmüdafiəçisi Bobbi Klark klubunu dəyişib.
Fanat.Az xəbər verir ki, 19 yaşlı futbolçu Avstriyanın "Zalzburq" klubuna keçib.
Bu barədə Mersisayd klubunun rəsmi saytı məlumat yayıb. "Liverpul" futbolçu ilə vidalaşıb və ona uğurlar arzulayıb.
Perspektivli futbolçu Zalsburq komandası ilə 2029-cu ilin ortalarına kimi uzunmüddətli müqavilə bağlayıb.
Bobbi 2021-ci ildən ingilis nəhənginin akademiyasında idi. Klark "Liverpul"un əsas heyətində 23 oyun keçirib, bir qol vurub və dörd məhsuldar ötürmə edib.
Mirağa