"Liverpul" Luis Suareslə yeni müqavilə imzalayıb. Fanat.az xəbər verir ki, uruqvaylı ulduzun anlaşmasının müddəti 4,5 il uzadılıb.
İngiltərə mətbuatının məlumatına görə, Suares bu mövsüm həftədə 160 min funt-sterlinq maaş alacaq. Gələn mövsümdən etibarən isə bu məbləğ 200 minə qalxacaq.
Yeni müqavilə imzalayandan sonra açıqlama verən Suares "Çox xoşbəxtəm ki, uzun illər "Liverpul" formasını geyinəcəm. Güclü heyətimiz var və bu forma ilə bir çox uğuru qazanmağa hazırıq" deyib.
Fanat.az