"Leyçester"dən bombardir transferi

"Leyçester"dən bombardir transferi
İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edən "Leyçester" transfer çalışmalarına start verib. Fanat.az xəbər verir ki, Çempionlar Liqası hazırlıqlarına başlayan klubun rəhbərliyi ucuz və keyfiyyətli futbolçular cəlb etmək niyyətindədi.
İddiaya görə, "Leyçester"in hədəfindəki ilk futbolçu Canluka Lapaduladı. İtaliyanın "Peskara" klubunda özündən söz etdirən futbolçu böyük ehtimalla yeni mövsümdə İngiltərədə görünəcək. Belə ki, onunla "Leyçester"dən başqa "Tottenhem" də maraqlanır.
Qeyd edək ki, 2009-2015-ci ilərdə "Parma"ya məxsus olub və bu müddətdə bir çox kluba icarəyə verilib. O, ötən yay transfer haqqı ölənmədən "Peskara"ya keçib. 26 yaşlı italyan forvard B Seriyasında keçirdiyi 34 oyunda 22 qol vurub və bombardirlər yarışına başçılıq edir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər