Premyer Liqasında sərgiləydi oyunla bütün dünyanı heyrətləndirən və sona 8 tur qalmış ən yaxın rəqibini 5 xal qabaqlayaraq turnir cədvəlinə liderlik edən "Leyçester" transfer çalışmalarına indədən başlayıb. Fanat.az xəbər verir ki, İngiltərə klubu 17 yaşlı Faiq Cefri Bolikiahı heyətinə qatıb.
Gənc futbolçunun ən böyük özəlliyi "Sultan" olmasıdı. Belə ki, o, Cənub-Şərqi Asiyada yerləşən ada-dövləti Bruneyin Sultanı Hassanal Bolkiahın qardaşı oğludu.

"Forbes" dərgisi 2008-ci ildə Hassanal Bolkiahın 20 milyard dollar var-dövlətinin olduğunu açıqlamışdı. Onun İstana Nurul İmandakı sarayında 1788 otaq, 257 hamam var. Sultanın 3 fərqli qadından 5 oğlu və 7 qızı var.


Fanat.az