"Kristal Pelas"ın futbolçusu İngiltərə nəhənginə keçməyə yaxındır

"Kristal Pelas"ın futbolçusu İngiltərə nəhənginə keçməyə yaxındır

"Kristal Pelas"ın sol cinah müdafiəçisi Tayrik Mitçell karyerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Football Insider" yayıb.

Məlumata görə, 27 yaşlı futbolçunun xidmətində "Mançester Yunayted" maraqlıdır. Mənbə klubu ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq futbolçunun qışda "qırmızı şeytanlar"a satılmaq ehtimalının yüksək olduğunu vurğulayıb. Mançester təmsilçisinin məşqçilər korpusunun Mitçellin Premyer Liqadakı performansından məmnun qaldığı diqqətə çatdırılıb. 

Xatırladaq ki, daha öncə "Liverpul" və "Çelsi"nin də Mitçellə maraqlandığı barədə məlumatlar dərc edilmişdi.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər