"Kayserispor" millimizin sabiq üzvünü transfer etdi

"Kayserispor" millimizin sabiq üzvünü transfer etdi

Türkiyənin "Kayserispor" klubu millimizin sol cinah müdafiəçisi Ufuk Budakın ardından daha bir bizə tanış futbolçunu transfer edib.

Fanat.az xəbər verir ki, baş məşqçi Hakan Kutlu "Qaziantep Böyükşəhər Bələdiyyəspor"dakı sabiq yetirməsi Umut Sönməzin də keçidinə razılıq verib. Onunla 2 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, Türkiyə doğumlu, lakin Almaniyada yaşayan Umut Sönməz əvvəllər 21 yaşadək millimizdə çıxış edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər