"Jilina"nın baş məşqçisi Ramilin transferindən danışdı

"Jilina"nın baş məşqçisi Ramilin transferindən danışdı

Slovakiyanın "Jilina" klubunun baş məşqçisi Adrian Qulya "Trabzonspor"dan icarəyə götürdükləri Ramil Şeydayevlə bağlı danışıb. Fanat.Az xəbər verir ki, 42 yaşlı mütəxəssis Rusiya "Zenit"inin yetirməsi olan Şeydayevi "Jilina"nın fəlsəfəsinə əsaslanaraq, heyətə cəlb etdiklərini bildirib: 

"Azərbaycanın gənc futbolçusu ilə bir müddətdi maraqlanırdıq. O, Türkiyədə əsas heyətdə lazımi qədər oynamırdı. Amma bir neçə klubun diqqətini özünə cəlb etmişdi. Biz gənc və perspektivli oyunçularla çalışma fəlsəfəmizə uyğun olaraq, onu komandamıza götürdük. Şeydayevin "Jilina"ya mümkün qədər tez qoşulmasına çox şadıq. Əməkdaşlığa başlayacağımız günü səbirsizliklə gözləyirik".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər