"Heç kim unutmasın ki, "Borussiya" ötən mövsüm ÇL-in finalında oynayıb"

"Heç kim unutmasın ki, "Borussiya" ötən mövsüm ÇL-in finalında oynayıb"

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində bu gün "Barselona"nın qonağı olacaq Dortmund "Borussiya"sının baş məşqçisi Niko Kovaç səfər qarşılaşması ərəfəsində fikirlərini bölüşüb.

Fanat.Az-ın məlumatına görə, onun sözlərini AS belə çatdırıb:

"Barselona" oyunun favoritidir, amma heç kim unutmasın ki, "Borussiya" ötən mövsüm Çempionlar Liqasının finalında oynayıb. Biz böyük komandayıq. Yüksəlişdə olduğumuzu görürəm. Yəqin ki, yarımfinala çıxmaq şanslarımız olacaq".

Qeyd edək ki, "Barselona" - "Borussiya" qarşılaşması Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər