AZAL-ın məşqçisi Vadar Nuriyev "Kəpəz"lə oyuna (0:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, baş məşqçi Tərlan Əhmədov cəzalı olduğundan komandanı meydana çıxaran məşqçi bunları deyib:
"Oyuna yaxşı hazırlaşmışdıq. Gəncədə qalib gəlmək istəyirdik, amma alınmadı. Düşünürəm ki, nəticə oyuna görə olmadı. Futbolçulardan razıyıq. Sadəcə, təcrübəsizlik var. Bunu aradan qaldırmaq lazımdı. Komanda geridə qalan 4 oyunda qələbə qazanmasa da, biz aşkar autsayder deyilik".
Fanat.az