"Futbolsuz qalmaq istəmirəm, amma..." - Tural Rzayev

"Futbolsuz qalmaq istəmirəm, amma..." - Tural Rzayev

Ötən mövsümün sonunda "Kəpəz"dən ayrılan Tural Rzayevin aqibətinin necə olacağı bilinmir.

Bu barədə Fanat.Az-a 31 yaşlı vingerin özü məlumat verib:

"Bir ay öncə maraqlananlar var idi, amma heç nə dəqiqləşmədi. Düzü, hazırda danışıq apardığım komanda yoxdur. Belə desəm, gözləmə mövqeyindəyəm. Nəyin necə olacağını zaman göstərəcək. Məndən olsa, təbii ki, futbolsuz qalmaq istəmirəm, amma bunun üçün ilk növbədə təkliflər olmalıdır".

Xatırladaq ki, "Kəpəz" bu mövsüm Premyer Liqadakı ilk oyununu səfərdə "Sumqayıt"a qarşı keçirib. Adil Şükürovun rəhbərlik etdiyi kollektiv 0:3 hesabı ilə uduzub.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər