"Futbolçuların transferindən məşqçilərinə pul verilsin" - Deputat

"Futbolçuların transferindən məşqçilərinə pul verilsin" - Deputat

Azərbaycanda gənc futbolçular bir klubdan digərinə transfer olarkən ödənilən vəsaitin 70 faizi həmin gənci uşaq yaşlarından yetişdirən məşqçilərə ödənilə bilər. 

Fanat.Az xəbər verir ki, Milli Məclisin Gənclər və İdman Komitəsinin iclasında AFFA-nın I vitse-prezidenti, Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev bununla bağı qanunvericiliyə əlavələr edilməsi barədə təşəbbüslə çıxış edib. 

R. Əliyev deyib ki, bu addımın atılması Azərbaycanda futbolun inkişafında mühüm rol oynaya bilər: “Belə bir qərar AFFA İcraiyyə Komitəsində qəbul edilib. Ancaq biz bunun qanunda da əksini tapmasını istəyirik. Belə olan halda bu, məşqçilərin stimullaşmasına və futbolun daha sürətlə inkişafına yol aça bilər”.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər