"Bursaspor"un baş məşqçisi Xristof Daum İstanbul derbisində baş verənlərə münasibət bildirib. Fanat.az xəbər verir ki, alman mütəxəssis yerli mətbuata verdiyi açıqlamasında bunları bildirib:
"Hadisələrdə hər şey öz məcrasından çıxmışdı. Buna görə türk futboluna böyük ziyan dəydi. Melo qırmızı vərəqəyə etiraz etməsə bunların heç biri olmayacaydı. Türkiyədə peşəkar futbolçuların da tərbiyəyə ehtiyacı var".