"Foqtsun alternativləri haqda müqavilə başa çatdıqdan sonra danışarıq"

"Foqtsun alternativləri haqda müqavilə başa çatdıqdan sonra danışarıq"

Lənkəranda keçirilmiş “Xəzər Lənkəran”la Türkiyənin “Fenerbahçe” klubu arasında keçirilmiş yoldaşlıq matçından (0:4) sonra AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərin suallarını cavablandırıb. - Oyunla bağlı nə deyərdiniz?- Belə oyunlar Azərbaycan futbolu üçün çox faydalıdı. Fikrimcə, bu gün səviyyə fərqi öz sözünü dedi. Ümid edək ki, bizim futbolçular da nə vaxtsa onların səviyyəsinə çatacaqlar. - Stadiondakı atmosfer xoşunuza gəldi?- Əlbəttə. Hər şey çox yüksək səviyyədə idi. - Sizcə, qarşıda Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Maccabi” (Hayfa, İsrail) ilə oyunu olan komandaya belə bir görüş lazım idimi?- “Xəzər Lənkəran”ı “Maccabi” ilə həqiqətən də vacib oyun gözləyir. Amma futbolçulara təcrübə qazanmaq da lazımdı. Belə oyunlar komandaya kömək etməlidi. İsraillilərlə oyun öncəsi bundan gözəl məşq ola bilməzdi. - “Xəzər Lənkəran”ın “Maccabi” ilə cavab oyunundakı şanslarını necə qiymətləndirirsiz?- İlk oyundakı məğlubiyyət (0:2) “Xəzər Lənkəran”ın işini çətinləşdirir. Amma fikrimcə, komandanın hələ üçüncü təsnifat mərhələsinə çıxmaq şansı qalır və məğlubiyyətin əvəzini çıxmaq olar. - AFFA-nın baş katibi Elxan Məmmədov bəyan edib ki, tezliklə yığmanın baş məşqçisi Berti Foqtsa əvəzləyici axtarmağa başlayacaqsız...

- Foqtsla hələ müqaviləmiz var. Bu barədə müqavilə başa çatandan sonra danışarıq.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər