"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Barselona"nın Hans-Diter Flikin rəhbərliyi altında çıxışını yüksək qiymətləndirib.
Fanat.Az xəbər verir ki, “Mundo Deportivo” təcrübəli mütəxəssisin yoxlama görüşündə “Barselona”ya məğlub olduqları (2:2, penaltilər – 1:4) görüşlə bağlı şərhini belə təqdim edib:
“Flikin “Barselona”sını çox bəyəndim. Mövsüm uzundur, amma onlar xoşuma gəldi. Mövqe oyunları qeyri-adidir. Cinah yarımmüdafiəçiləri hücumçu kimi çıxış edir. Orta sahə oyunçular irəli çıxır, müdafiəçilər boş mövqeni dərhal doldururlar. Fantastik oyun alındı. Şanslar çox idi, hətta sayını dəqiq bilmirəm. Düşünürəm ki, rəqib də razı qaldı”.
“Mançester Siti” növbəti yoxlama oyununu avqustun 4-də “Çelsi”yə, “Barselona” isə həmin gün “Real Madrid”ə qarşı keçirəcək.
Qeyd edək ki, Flik “Barselona”ya bu yay baş məşqçi təyin edilib. O, bu postda Xavini əvəzləyib.
Mirağa