"Fənərbaxça"dan ilk transfer

"Fənərbaxça"dan ilk transfer
Ötən mövsümü ikinci pillədə başa vuran "Fənərbaxça" heyətini Aaitf Şedju ilə gücləndirməyə çox yaxındı. Fanat.az xəbər verir ki, bu keçid üçün İstanbul təmsilçisinin prezidenti Əziz Yıldırım "Sivasspor" rəhbərliyini razı salıb.
Türkiyə mətbuatının yaydığı məlumata görə, "bülbüllər" Mərakeş millisinin üzvü ilə 3 illik sözləşmə imzalayacaq. Bu keçid "Fənər"ə 2,5 milyon avroya başa gələcək.
Qeyd edək ki, forvard ötən mövsüm meydana çıxdığı 33 qarşılaşmada 12 qol vurub. Bundan başqa o, 2013-2014 mövsümündə 17 qolla Super Liqanın bombardiri olub.
Fanat.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər