Ötən mövsümü ikinci pillədə başa vuran "Fənərbaxça" heyətini Aaitf Şedju ilə gücləndirib.
Fanat.az xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Tərəflər arasında 3 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, forvard ötən mövsüm "Sivasspor" klubunun forması ilə meydana çıxdığı 33 qarşılaşmada 12 qol vurub. Bundan başqa o, 2013-2014 mövsümündə 17 qolla Super Liqanın bombardiri olub.
Fanat.az