“Fənərbaxça” qış fasiləsində ilk transferini reallaşdırıb. Fanat.Az xəbər verir ki, İstanbul klubu Donetsk “Şaxtyor”undan Aleksandr Karavayevi heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, yarımmüdafiəçi mövsümün sonuna qədər icarəyə götürülüb. 11 nömrəli formanı geyinəcək Karavayevin müqaviləsinin detalları açıqlanmayıb.
Məlumata görə, "Fənərbaxça" icarə haqqı olaraq "Şaxtyor"a 100 min avro ödəyəcək.
Qeyd edək ki, Aleksandr Karavayev 2009-cu ildən "Şaxtyor"da çıxış edir. 24 yaşlı futbolçu əvvəllər Ukraynanın "Sevastopol" və "Zorya" klublarına icarəyə verilib. "Transfermarkt" ona 2,5 milyon avro qiymət qoyub.

Fanat.Az