"Everton" seneqallı hücumçu İliman Ndiayeni sıralarına cəlb edib.
Fanat.Az Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı oyunçu 5 illik müqaviləyə imza atıb.
Onun keçidi "Everton"a 20 milyon avroya başa gəlib.
Ndiaye son olaraq Fransanın "Olimpik Marsel" klubunda çıxış edib.