"Elazığspor" Cavidlə 3 illik müqavilə bağlayıb? - FOTO

"Elazığspor" Cavidlə 3 illik müqavilə bağlayıb? - FOTO
"Elazığspor" Cavid İmamverdiyevin adını sifariş ərizəsinə salıb. Fanat.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası futbolçumuza lisenziya verib.
Artıq Cavidin adı TFF-nin saytında yerləşdirilmiş "Elazığspor"un sifariş ərizəsinə salınıb. Maraqlı məqam isə ondan ibarətdi ki, Cavidin müqaviləsi 3 mövsüm üçün nəzərdə tutulub. Belə ki, TFF-nin saytında müqavilənin başlama tarixi 2014-cü ilin 1 sentyabrı, başa çatma tarixi isə 2017-ci ilin 31 mayı göstərilib. "Neftçi" isə İmamverdiyevin Türkiyə klubuna 1 illik icarəyə verildiyini açıqlayıb.
Məsələ ilə bağlı "Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadənin münasibətini öyrəndik. Klub rəsmisi Fanat.az-a açıqlamasında bildirdi ki, bu texniki səhvdi: "Cavid İmamverdiyev bir illik icarəyə verilib. "Elazığspor"la anlaşmamız belədi. Ola bilsin ki, TFF-nin saytında texniki səhv olub. Cavidin bizimlə 2018-ci ilə qədər müqaviləsi var. "Elazığspor"la imzaladığımız müqavilədə bənd var ki, Türkiyə klubu gələcəkdə futbolçunun transfer hüququnu ala bilər. Anlaşmadakı başqa bir bənddə isə göstərilir ki, "Elazığspor" İmamverdiyevi gələcəkdə başqa kluba satsa transfer haqqından "Neftçi"yə də pay düşəcək".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər