"Əl-Xelaifinin əlini sıxardım" - Kilian Mbappe

"Əl-Xelaifinin əlini sıxardım" - Kilian Mbappe

"Real Madrid"in hücumçusu Kilean Mbappe sabiq klubu PSJ ilə məhkəmə çəkişməsindən və Paris təmsilçisinin prezidenti Nasser Əl-Xelaifi ilə münasibətlərindən danışıb.

Fanat.Az xəbər verir ki, "Le Parisien" onun sözlərini belə çatdırıb:

"Bu işlə vəkillər məşğul olur. Düşünürəm ki, hər şey yaxın vaxtlarda qaydaya düşəcək. Narahat deyiləm. 7 il PSJ-də oynamışam. Orada unudulmaz anlarım olub. Hər şeyə neqativ baxanlardan deyiləm. Şəxsi həyatımda və peşəkar karyeramda insanların mənə etdiklərinə görə onlara minnətdar olmağı bacarıram. Əlbəttə ki, Əl-Xelaifinin əlini sıxardım".

Xatırladaq ki, Mbappe PSJ-dən 55 milyon avro tələb edir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər