ABŞ-da keçirilən Beynəlxalq Çempionlar Liqası davam edir. Fanat.Az xəbər verir ki, ötən gün İspaniyanın iki nəhəngi - "Real" və "Barselona" üz-üzə gəlib.
Myamidəki Hard Rock stadionunda baş tutan "El Klasiko"da 5 qol vurulub və "Barselona" qalib gəlib - 3:2. Hesabı 3-cü dəqiqədə Lionel Messi açıb. 4 dəqiqə sonra İvan Rakitiç "Barselona"nın üstünlüyünü iki topa çatdırıb. 14-cü dəqiqədə Mateo Kovaçiç fərqi azaldıb, 36-cı dəqiqədə fərqlənən Marko Asensio bərabərliyi təmin edib. 50-ci dəqiqədə isə Cerard Pike kataloniyalıların qələbə topunu vurub.
Bununla da "Barselona" yarışın qalibi olub.
Fanat.Az