Türkiyənin "Dənizlispor" klubu futbolçulara olan borclarını tezliklə ödəyəcək. Fanat.az xəbər verir ki, bu barədə klubun prezidenti Mehmet Özsoy məlumat verib.
Klubun rəsmi saytına danışan Özsoy heç bir problemlərinin olmadığını bildirib: "Heç kim narahat olmasın. "Dənizlispor"da bundan sonra pul problemi olmayacaq. Buna əmin olun. Bu vəzifəyə seçildikdən sonra futbolçularımızın və texniki işçilərin maaşlarını ödəməyə çalışırıq. Ayın sonunadək müqaviləsi davam edən futbolçularımıza bütün borclarımızı ödəyəcəyik".
Qeyd edək ki, "Dənizlispor"da çıxış edən Saşa Yunisoğlu və Arif İsayev beş aya yaxındı ki, maaş ala bilmir.
Fanat.az