"Real Madrid"in bu yay sıralarına cəlb etdiyi Kilian Mbappe İspaniya nəhənginə uyğunlaşma prosesinin başa çatıb-çatmadığı ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, "Marca" onun sözlərini belə çatdırıb:
"Sizə dəqiq bir vaxt deməliyəm? Mənim kimi oyunçu yeni komandaya gəlirsə, çox şeyin dəyişməsi normaldır. Dəli deyiləm. Üçgündənbir oyun keçiririk. Ona görə də məşq etməyə çox vaxt qalmır. Amma futbolçu olaraq "Betis"lə oyundakından dəfələrlə yaxşı oynaya bilərəm".
Xatırladaq ki, La Liqanın ilk 3 turunda qol vura bilməyən Mbappe "Betis"i 2:0 hesabı ilə yendikləri görüşdə - 4-cü turun oyununda dubla imza atıb.
Nihat