"Cəbrayıl" və "Quba" futbol klublarının adları dəyişdirildi

"Cəbrayıl" və "Quba" futbol klublarının adları dəyişdirildi

I Liqada çıxış edən "Cəbrayıl", II Liqanın iştirakçısı "Quba" futbol komandalarının adları dəyişdirilib.

Fanat.Az xəbər verir ki, "Cəbrayıl" yarışlarda "Gəncəbasar", "Quba" isə "Hypers" adı altında mübarizə aparacaq.

Hər iki klubun ad dəyişikliyi ilə bağlı bütün sənədləşmə işləri başa çatdırılıb və zəruri sənədlər Peşəkar Futbol Liqasına təqdim edilib.

Qeyd edək ki, liqaların Əsasnaməsinin müvafiq bəndinə əsasən, adı dəyişdirilmiş klublar hüquqi baxımdan əvvəlki klubun PFL üzvlüyünü saxlayır, onun varisi sayılır və yarışlarda iştirakla bağlı əvvəlki bütün hüquq və öhdəlikləri öz üzərinə götürür.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər