"Üç zərbəmizin dirəyə tuş gəlməsi də göstərir ki..." - "Mingəçevir"in futbolçusu söz verdi

"Üç zərbəmizin dirəyə tuş gəlməsi də göstərir ki..." - "Mingəçevir"in futbolçusu söz verdi

1-ci Liqanın 4-cü turu çərçivəsində dünən Şamaxıda "Şahdağ Qusar"la qarşılaşan "Mingəçevir" evə qolsuz bərabərliklə qayıtdı. "İşıqçılar"ın müdafiəçisi Elnur Mirzəyevlə əlaqə saxlayıb "quru sülh" barədə fikirlərini bölüşməsini istədik.

Arxa xətt oyunçusunun Fanat.Az-a açıqlaması belə oldu:

"Hər şeydən öncə sona qədər mübarizə apardıqları üçün uşaqlara təşəkür edirəm. Hamımız istəyərdik ki, 3 xal qazanaq, amma olmayanda olmur. Bu, futboldur. 2 xal itirdiyimiz üçün çox təəssüflənirik. Şanslarımız çox oldu. Üç zərbəmizin dirəyə tuş gəlməsi də göstərir ki, meydanda dominantlıq edən tərəf biz idik. Qazandığı 1 xal münasibəti ilə "Şahdağ Qusar"ı təbrik edirəm. 

Millilərin oyunları ilə əlaqədar yaranacaq fasilədə oyunmuzu analiz edib səhvlərmizi düzəltməyə çalışacaığıq. Fasilədən mümkün qədər yaxşı faydalanmalıyıq. Çempionatın hələ 4 turu geridə qalıb. Səhvlərmizi düzəltsək, istədiyimizə nail olacağıq. Azarkəşlərmizə söz verirəm ki, çempionatın sonunda onların istədiyi nəticəni verəcəyik".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər