"Böyük bir klubla müqavilə imzaladım. İnşallah, bu formanı uzun illər geyinərəm". Fanat.Az xəbər verir ki, bu sözləri "Bursaspor"la müqavilə imzalayan 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Ozancan Kökcü deyib.Hollandiyanın "Feyenoord" klubunun yetirməsi olan 18 yaşlı yarımmüdafiəçi Super Liqa təmsilçisi ilə 4 illik müqavilə imzalayıb. Anlaşma iyulun 1-də qüvvəyə minəcək. Ozancan imzalanma mərasimindən sonra təəssüratlarını bölüşüb: "Kiçik yaşlarımdan "Bursaspor"u yaxından izləyirəm. 2010-cu ildəki çempionluğu xatırlayıram. 5 il Hollandiyanın "Qroningen" klubunda futbolun sirrlərini öyrənmişəm. Bu mövsüm "Feyenoord" məni transfer etdi. Hücumameylli yarımmüdafiəçi mövqeyində oynayıram. Texnikalı və sürətli oyun tərzim var. İnşallah, uzun illər "Bursaspor"a faydalı olaram. "Qroningen"dəki məşqçim əvvəllər Türkiyədə oynamış Ulrix van Qobbel idi (1995-1996-cı illərdə "Qalatasaray"da oynayıb). Ondan Türkiyə futbolunu soruşdum. Mənə "Çox çalışsan, yaxşı yerlərə yüksələ bilərsən" dedi. Mənim də seçimim "Bursaspor" oldu. "Bursaspor"da ən çox bəyəndiyim futbolçu kapitan Pablo Martin Batalladı. Çox yaşı futbolçudu".Fanat.Az
"Böyük bir klubla müqavilə imzaladım" - Millimizin futbolçusu
TREND
Azərbaycan futbolu
23:31
07.10.2026
"Qarabağ"ın gənc hücumçusuna Avropa nəhəngindən dəvət
Azərbaycan futbolu
16:43
08.10.2026
Ayxan Abbasov Rusiyanın elita klubunun əsas qapıçısı ilə maraqlanacaq - AÇIQLAMA
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
01:20
09.10.2026
"Rakuv" Abdullanı istədi, Puxaç "yox" dedi
Oxşar xəbərlər
Redaksiyadan
19:50
10.10.2026
Azərbaycan cüdoçularına dan dərəcələri təqdim olundu
Redaksiyadan
18:43
10.10.2026
AAF rəhbərliyi Avropa federasiyasının prezidenti ilə görüşdü
Digər
22:53
04.10.2026
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
Digər
15:47
03.10.2026
Azərbaycan gimnastlarından 5 "qızıl", 1 "gümüş"