"Bütün futbolçular özlərinin ən yaxşı oyunlarını göstərdilər" - "Benfika"nın baş məşqçisi

"Bütün futbolçular özlərinin ən yaxşı oyunlarını göstərdilər" - "Benfika"nın baş məşqçisi

"Benfika"nın baş məşqçisi Brunu Laje Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda "Atletiko Madrid" üzərində qazandıqları 4:0 hesablı qələbəni şərh edib.

Fanat.Az UEFA-nın saytına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis belə danışıb:

“Köhnə üslubda klassik axşam keçirdik. Planı tam yerinə yetirən futbolçularıma təşəkkür edirəm. Bu, uğurun açarı oldu. Bütün futbolçular özlərinin ən yaxşı oyunlarını göstərdilər. Bu gün bir komanda idik. Söhbət yalnız start heyətdən yox, həm də əvəzedici kimi meydana çıxıb gücümüzə güc qatan futbolçulardan gedir".

Xatırladaq ki, "Benfika"nın türk futbolçuları - Kerem Aktürkoğlu və Orkun Kökçü də bu oyunda hərəyə bir qol vurublar.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər