"Bucaspor" Ramal Hüseynovla müqavilə bağlayır

"Bucaspor" Ramal Hüseynovla müqavilə bağlayır
Türkiyə "Bucaspor"unda baxışda olan azərbaycanlı futbolçu Ramal Hüseynov yaxın günlərdə bu klubla müqavilə imzalayacaq. Azerisport.az xəbər verir ki, bunu Türkiyə mətbuatına açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Timur Yaykıran bəyan edib.
 
O, gələn həftə üç oyunçunu heyətlərinə qatacaqlarını deyib: "Bunun üçün hər şey hazırdı. İlk mərhələdə bir müdafiəçi, hücumçu və yarımmüdafiəçi ilə müqavilə imzalayacağıq".
 
Yaykıran bildirib ki, transfer olunacaq oyunçular arasında böyük ehtimalla azərbaycanlı futbolçu Ramal Hüseynov da olacaq.
İdman24.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər