"Braqa"nın bu mövsüm nail olduqları ilə qürur duyuram, amma..." - Joau Moutinyu

"Braqa"nın bu mövsüm nail olduqları ilə qürur duyuram, amma..." - Joau Moutinyu

UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda üstələdiyi (2:1) "Frayburq"a dünən Almaniyada baş tutan cavab qarşılaşmasında 1:3 hesabı ilə uduzaraq mübarizəni dayandıran "Braqa"nın yarımmüdafiəçisi Joau Moutinyu fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, 7-ci dəqiqədən azlıqda oynayan Portuqaliya klubunun 39 yaşlı futbolçusunun sözlərini UEFA-nın rəsmi saytı  belə çatdırıb:

"Braqa"nın bu mövsüm nail olduqları ilə qürur duyuram, amma bu, finala çıxmağa kifayət etmədi. "Frayburq"u təbrik edirəm".

"Frayburq" finalda "Aston Villa" ilə üz-üzə gələcək. İstanbuldakı "Tüpraş" stadionunda baş tutacaq həlledici görüş mayın 20-də baş tutacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər