"Borussiya"dan 12 milyonluq transfer - RƏSMİ

"Borussiya"dan 12 milyonluq transfer - RƏSMİ

Dortmund "Borussiya"sı daha bir transferi reallaşdırıb. Fanat.az xəbər verir ki, Almaniya klubu "Loryan"dan Rafael Querreyronu heyətinə qatıb.

"Borussiya" müdafiəçi üçün Fransa klubuna 12 milyon avro ödəyib. 22 yaşlı futbolçu 4 illik müqavilə imzalayıb.

Xəbəri "Borussiya"nın idman direktoru Mixael Zorts təsdiqləyib: "Querreyro çox texnikalı və istedadlı futbolçudu. Bir çox mövqedə oynaya bilir. Bizim komandanı seçdiyi üçün təşəkkür edirik".

Qeyd edək ki, "Loryan" Rafael Querreyronu 2013-cü ildə "Kan"dan 2,5 milyon avroya alıb. "Transfermarkt"ın 9 milyon avro qiymət qoyduğu Portuqaliya millisinin üzvü başa çatan mövsümdə 41 rəsmi oyunda 3 qol vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər