Dortmund "Borussiya"sı yay transfer pəncərəsində heyətini gücləndirir.
Fanat.Az xəbər verir ki, Almaniya nəhəngi 33 yaşlı yarımmüdafiəçi Paskal Qrossla anlaşıb.
Məlumatı "Sky Germany" yayıb.
Mənbənin məlumatına görə, Almaniya millisinin futbolçusu Dortmunddan gələn təklifi qəbul edib.
"Borussiya" indj Qrossun transferi ilə bağlı "Brayton"la tezliklə razılığa gəlməyə çalışır. Yarımmüdafiəçinin transferi "arılar"a 8-10 milyon avroya başa gələcək.
Qeyd edək ki, Paskal Qross AÇ-2024-də Almaniya millisinin heyətində çıxış edib. Düzdür, yarımmüdafiəçi yalnız matçların birində meydana çıxıb.
Mirağa