Dortmund "Borussiya"sı ilk transferini rəsmiləşdirib. Fanat.az xəbər verir ki, Bundesliqa klubu "Renn"dən Osman Dembeleni heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Fransa yığmasının üzvü ilə 2021-ci ilin 30 iyununadək müqavilə imzalanıb. Transferin maliyyə tərəfləri barədə məlumat verilməyib. İddialara görə, bu keçid "Borussiya"ya 15 milyon avroya başa gəlib.
Qeyd edək ki, "Renn"in heyətində 28 rəsmi oyuna çıxan 18 yaşlı hücumçu 12 qol vurub.
Fanat.az