"Binə"dən növbəti transfer

"Binə"dən növbəti transfer

Azərbaycan çempionatının I divizionunda yeni mövsümə hazırlığını davam etdirən "Binə" heyətini daha bir futbolçu ilə gücləndirib.

 

Fanat.Az xəbər verir ki, Məhəmməd Bədəlbəyli 2017/18 mövsümündən etibarən "qartallar"ın uğurları üçün çalışacaq. 

Ötən mövsümü I Divizionda "Qaradağ Lökbatan" və MOİK-in heyətində keçirən 25 yaşlı hücumçu yeni klubunda "9 nömrə"li formanı geyinəcək. Aşağı liqada "Neftçala" ilə çempionluq sevinci yaşayan Fərhad AZAL, "Şuşa" və "Lokomotiv-Biləcəri"də də çıxış edib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər