"Bəxtimiz çox da gətirmədi, amma reallıqla barışmalıyıq" - "Barselona"nın baş məşqçisi

"Bəxtimiz çox da gətirmədi, amma reallıqla barışmalıyıq" - "Barselona"nın baş məşqçisi

UEFA Çempionlar Liqasının 1/4 finalının ilk oyununda 0:2 hesabı ilə uduzduğu "Atletiko Madrid"i dünən səfərdə məğlub etməsinə rəğmən (2:1), mübarizəni dayandıran "Barselona"nın baş məşqçisi Hans-Diter Flik fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, alman mütəxəssis Madriddəki matçın ardından dediklərini tanınmış jurnalist Jerar Romero şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Məyusuq. Komanda hətta azlıqda da fantastik oyun nümayiş etdirdi. Bəxtimiz çox da gətirmədi, amma reallıqla barışmalıyıq. 

İlk yarıda çox yaxşı imkanlarımız var idi. Təəssüf ki, qol buraxdıq. Futbol beləıdir. Daha yaxşı oynamalıyıq. Komanda bütün gücünü meydanda qoysa da, bu, növbəti mərhələyə adlamağa bəs etmədi".

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər