"Bəxti gətirməyən təslim olandır" - Luis Enrike ağır yenilgini şərh etdi

"Bəxti gətirməyən təslim olandır" - Luis Enrike ağır yenilgini şərh etdi

Klublararası dünya çempionatının finalında "Çelsi"yə 0:3 hesabı ilə uduzan PSJ-nin baş məşqçisi Luis Enrike məğlubiyyəti şərh edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini ESPN belə çatdırıb:

"Biz nəsə itirmədik. İkinci yeri tutduq, vite-çempionuq. Bəxti gətirməyən təslim olandır. Belə yüksək səviyyəli idmanda uğursuzluqla üzləşmək anlayışı yoxdur".

Son mövsümdə Fransa Kubokunun və Liqa 1-in qalibi olan Paris təmsilçisi Çempionlar Liqasının finalında "İnter"i böyük hesabla yenərək (5:0) bu titula da sahib çıxıb.

Fransa çempionatında yeni mövsüm avqustun 17-də start götürəcək. PSJ ilk oyununu səfərdə "Nant"a qarşı keçirəcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər